Hadisə

Metrostansiyanın ərazisində yanğın - YENİLƏNİB - VİDEO - FOTO

9 Fevral 2016 12:41
2 Şərh     Baxış: 2 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08.02.2016

23:48

Bakıda metro tikintisində yanğın olub. APA-nın məlumatına görə, hadisə Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində baş verib.

Milli.Az bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, Bakı metrosunun "Bənövşəyi-3" xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlarda qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib. Yanğın söndürülb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Nəsimi Paşayev bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil.
 
Qeyd edək ki, şərti adları "Avtovağzal" və "Memar Əcəmi-2" olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni "Bənövşəyi xətt"ində ilk qatarlar hərəkətə başlayacaq.

X X X

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan metrostansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

---------

23:10

Bakıda yanğın hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Metropoliteninin inşası davam edən "Memar Əcəmi 2" stansiyası ərazisində yanğın qeydə alınıb. Bu barədə jurnalist Pərviz Musayev məlumat yayıb.

Qeyd edək ki, stansiya tam istismara hazırlaşır. Belə ki, "Memar Əcəmi 2"də avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir.

Milli.Az

-----------------

09.02.2016

12:41

Videonu izləmək üçün şəklə klikləyin:

-----------

10:12

Videonu izləmək üçün şəklə klikləyin:

----------------

08.02.2016

23:48

Videonu izləmək üçün şəklə klikləyin:

Пожар на строящейся станции бакинского метро

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.