Hadisə

Ərini itirən qadın komaya düşdü - FOTO

8 Fevral 2016 18:47
2 Şərh     Baxış: 3 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusarda bədbəxt hadisə baş verib. Report xəbər verir ki, Qusar Rayon Rabitə və Telekommunikasiya Qovşağında rabitə montyoru işləyən, 1956-ci il təvəllüdlü Zeybulla Həbib oğlu Mahmudov Qusarın Ləyər kəndində rabitə dirəyindən yıxılıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından (RMX)  "Report"a verilən məlumata görə, rabitə dirəyindən yıxılan Z.Mahmudov daxili qanaxma ilə xəstəxanaya çatdırılıb. Ancaq vəziyyəti ağır olduğundan, paytaxt xəstəxanasına göndərilib. Lakin Bakıda onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Z.Mahmudovun həyat yoldaşı komaya düşüb və Qusar RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.