Hadisə

Zəlzələ qurbanlarının sayı 34-ə çatdı

8 Fevral 2016 09:26
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvan adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Təbii fəlakət zamanı 515 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Tayvanın CNA Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Bunadək 29 nəfərin öldüyü bildirilirdi. Hazırda 120 nəfər dağıntılar altında qalmaqdadır. Xilasetmə işlərində 600-dən çox şəxs iştirak edir.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.