Hadisə

Neftçalada ev və bərbərxana yandı

8 Fevral 2016 09:19
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Milli.Az FHN-in rəsmi saytına istinadən bildirir ki, Neftçala rayonu, Xəzər kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və ev əşyaları 184 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan bərbərxananın yanar konstruksiyaları yanıb. Bərbərxanaya bitişik ikimərtəbəli yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 04:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.