Hadisə

Fəhlələri daşıyan mikroavtobus aşdı, yaralı var

7 Fevral 2016 17:45
1 Şərh     Baxış: 2 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Hacıqabul yolunda qəza baş verib. Sərnişinlərdən bir nəfər ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Bakı-Hacıqabul yolunun 17-ci kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb. 

Sürücüsü hələlik istintaqla müəyyən edilməyən 10-VN-463 dövlət nömrə nişanlı "Hyundai" markalı sərnişin mikroavtobusu paytaxt istiqamətində hərəkətdə olarkən, 90-GT-926 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı sərnişin mikravtobusu onu arxadan vurub. 

Qəza zamanı "Hyundai" markalı sərnişin mikroavtobusu yoldan çıxaraq iki dəfə fırlanıb və yolun kənarına aşıb. Hadisə nəticəsində Bakı şəhəri Xətai rayon sakini, 1964-cü il təvəllüdlü Natiq Məmməd oğlu Əzizov ağır bədən xəsarətləri ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxandan yaralının reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirdilər. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

"Hyundai" markalı sərnişin mikroavtobus yerli şirkətlərdən birinə məxsus olub və fəhlələri işə aparırmış. 

Qəza zamanı yolda bir müddət tıxac yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.