Hadisə

​Bakıda polis qəza törətdi, hadisə yerindən qaçdı - YENİLƏNİB - FOTO

6 Fevral 2016 14:33
5 Şərh     Baxış: 3 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:33

Polis əməkdaşı Bakıda Nobel prospektində, Azərbaycan Futbol Federasiyası Asossiasiyasının inzibati binasının yaxınlığında dəhşətli qəza törədib. 

Aznews.az xəbər verir ki, bu barədə jurnalist Günay Novruzqızı məlumat verib. 

O, "Passat" markalı avtomobilin sürətlə gəldiyini və nəticədə "Kamaz"ın altına girdiyini bildirib: "Bir az əvvəl çox böyük qəzadan Allah məni və anamı qorudu. Yolda "Şumaxerlik" edən bu avtombilin sahibini də... Yüksək sürətlə "Kamaz"ın altına girən maşın fırlanıb mənim qarşıma çıxdı. Xoşbəxtlikdən mən öncədən bu avtomobilin manevrlərini güzgüdən gördüm və sürətimi azaltdım. Yüngül zədə ilə qəzanı atlatdım. Qəzanı törədən şəxs polis geyimində idi. Başı qanamışdı. Tez hadisə yerindən apardılar. Biz hələ də burdayıq".

-----------

13:22

Bakıda yol-nəqiliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, "Passat" markalı avtomobil əvvəlcə "Hyundai" markalı avtomobillə toqquşub, daha sonra "KamAZ" markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.
Hadisə nəticəsində "Passat"ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra "Passat"ın dövlət nömrə nişanı çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.