Hadisə

Rəşad Məcidə ağır itki

6 Fevral 2016 10:00
Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə ağır itki üz verib. 

Milli.Az modern.az-a istinadən bildirir ki, R.Məcidin atası Müseyib Məcidov bu gün səhər dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda torpağa tapşırılacaq. 

Mərhumun 3 mərasimi fevralın 8-də Ağcabədi rayonunda keçiriləcək. Fevralın 12-də Bakı şəhərində 7 mərasimi veriləcək. 

Qeyd edək ki, Qarabağ bölgəsində böyük nüfuz sahibi olan Müseyib Məcidov uzun illər Ağdam və Ağcabədidə rayon İstehlak Cəmiyyətinə rəhbərlik edib.  
Allah rəhmət eləsin!  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.