Hadisə

Xalq artistinin qardaşının evi yandı - YENİLƏNİB - FOTO

4 Mart 2015 08:55
4 Şərh     Baxış: 11 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
04.03.2015
08:55

Bakının Yasamal rayonunda yanğın hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Ələsgər Ələkbərov küçəsində baş verib. Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində Vaqif Hüseynova məxsus mənzildə qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin teznikası cəlb edilib, yanğının qarşısı alınıb.
 
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
İlkin ehtimala görə, yanğın evdəki kompüterdən başlayıb.
 
Qeyd edək ki, yanğın baş verən mənzilin sahibi Vaqif Hüseynov tanınmış gitaraçı, xalq artisti Rafiq  Hüseynovun (Rəmiş) qardaşıdır.

----------------
03.03.2015
22:58

Martın 3-də axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və hamamın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Milli.Az

------------------
04.03.2015
08:55


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.