Hadisə

Ağdaşda yol qəzası: ölən və yaralananlar var

30 Dekabr 2015 13:14
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, dekabrın 29-da saat 18 radələrində Ağdaş şəhərində rayon sakini Elxan Şədiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən həmyerlisi Araz Cəbrayılovun idarə etdiyi "MTZ" markalı traktora vurub. Nəticədə E.Səmədovun sərnişinlərindən atası Məhəmməd hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.