Hadisə

Qadının yatdığı yerdə başına daş düşdü - YENİLƏNİB - FOTO

28 Dekabr 2015 10:15
10 Şərh     Baxış: 4 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28.12.2015

10:15

Hadisə rayonun Çalburun kəndində baş verib. Gəncə şəhər TTYX-dan verilən məlumata görə, 73 yaşlı Kəhriz Quliyeva travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müayinəsi zamanı qadına başının və alnının çapılmış-əzilmiş yarası diaqnozu qoyulub.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Yaxınlarının deməsinə görə, Kəhriz Quliyeva yatdığı zaman evin hasarı uçub və onun başına daş düşüb.

Faktla bağlı araşdırma aparılır. 

Kəhriz Quliyeva: "Çarpayıda uzanmışdım. Daş necə gəldi bilmədim. Gördüm məni sürüyüb çıxardılar. Daş, ağac hamısı üstümə töküldü. Başımı bağladılar, qan axırdı. Gəldik rayonda həkim başımı sarıdı, oradan da bura göndərdi".
Şahin Quliyev - həkim: "İlkin müayinə zamanı alın nahiyəsində çox saylı əzilmiş, cırılmış yaraları, sol göz altı nahiyyənin gematoması aşkarlanıb. Xəstənin və gətirənlərin deməsinə görə, kənddə xəstənin başına qayadan daş düşüb. Xəstənin yaraları ilkin işlənildi və müəyyən olundu ki, alının açıq sınığı da var. Hazırda şöbəyə yerləşdirilib, vəziyyəti orta-ağırdı". 

----------------

27.12.2015

22:17

Gədəbəy sakininin başına daş düşüb. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Çalburun kəndində baş verib. Gəncə şəhər TTYX-dan verilən məlumata görə 73 yaşli Kəhriz Quliyeva bədbəxt hadisə naticəsində xəstəxananın travmatalogiya şöbəsinə yerləşdirilib. Həkimlərin muayinəsi zamanı Kəhriz Quliyevanın başının və alnının çapılmiş-əzilmiş yarası diaqnozu qoyulub.

Yaxınların deməsinə gorə, Kəhriz Quliyeva yatdığı zaman evin hasarı uçmuş və onun başına daş düşüb. Yaralının vəziyyəyi orta ağırdır.

Faklta bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.