Hadisə

84 yaşlı kişi intihar etdi

1 Dekabr 2015 09:33
3 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 84 yaşlı kişi intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 30-u saat 14 radələrində rayonun Baş Göynük kəndində kənd sakini, 1931-ci il təvəllüdlü Kərim Umar oğlu Kərimovun meyidi yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardığı araşdırma zamanı 84 yaşlı Kərim Kərimovun intihar etdiyi məlum olub.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.