Hadisə

Mikroavtobus yaşlı qadını vurdu - VİDEO

30 Noyabr 2015 11:50
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhər ərazisində 8 saylı orta məktəbin önündə qeydə alınıb. Süleymanov Elçin Kazım oğlunun idarə etdiyi 55 BM 845 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus yolu keçmək istəyən piyada, Şəki sakini, 1952-ci il təvəllüdlü Sadıqova Şirin Həsən qızını vurub.

Ayağından xəsarət alan qadın hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin ehtimala görə, hadisə hər iki tərəfin diqqətsizliyi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

Mikroavtobus yaşlı qadını vurdu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.