Hadisə

Avtomobil piyadanı vurub

27 Noyabr 2015 07:32
1 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda yolu keçmək istəyən piyadanı avtomobil vurub. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Ceyhun Həmzəyev yolu keçmək istəyərkən "QAZ-31" markalı avtomobil tərəfindən vurulub.

Yarlı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Sol baldırın yuxarı hissəsinin sınığı diaqnozu qoyulan C. Həmzəyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.