Hadisə

Avtomobil piyadanı vuraraq öldürüb

25 Noyabr 2015 23:14
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sahibi məlum olmayan avtomobil tərəfindən vurulan 45 yaşlı qadın hadisə yerində keçinib.
 
Atlıxanova Sevgili Bayram qızı işğal altında olan rayonlardan birindən məcburi köçkündür. Onun ailəsi Bərdə Uşaq Xəstəxanasının həyətində məskunlaşıb.  S. Atlıxanovanın meyiti  Tibbi Ekspertizanın həkimləri tərəfindən müayinə olunur.
 
Bərdə rayon Polis şöbəsi  və Bərdə rayon prokurorluğu hadisənin təfərrüatlarını araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.