Hadisə

Avtomobil körpünün beton maneələrinə çırpıldı, 4 nəfər yaralandı

10 Oktyabr 2015 00:02
0 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən saat 23 radələrində Bakı-Qazax magistralının Göygol rayonundan keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər sakini 46 yaşlı Naməddin Babayev QAZ 24 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi Quşqara çayının üzərindəki körpünün beton maneələrinə çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişinləri - 25 yaşlı İlqar Rüstəmov, 29 yaşlı Vüqar Rüstəmov və 17 yaşlı Zəfər Hüseynov ağır bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-nın travmotologiya şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərilən yaralıların vəziyyəti stabildir.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.