Hadisə

Şəkidə "qızılaxtaranlar" qədim kurqanı dağıdır

9 Oktyabr 2015 22:55
4 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin Cəfərabad kəndində yerləşən kurqanda naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işləri aparılıb.

Bu barədə APA-ya yerli sakinlər məlumat verib.
 
Sakinlərin sözlərinə görə, tunc dövrünə aid kurqan dövlət qeydiyyatına alınsa da, "qızıl axtaranlar" burda qazıntı işləri aparırlar. Bundan əvvəl də abidədə qızıl axtarmaq məqsədilə qanunsuz qazıntı aparılıb.
 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq İntizar Bədəlova bildirib ki, ona da məsələ barədə məlumat verilib. O, hazırda hadisə yerinə getdiyini deyib. İ. Bədəlova bildirib ki, bu barədə müvafiq təşkilatlar qarşısında məsələ qaldıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.