Hadisə

Əlil maşınıyla kanala düşdü, özü özünü xilas etdi - VİDEO

9 Oktyabr 2015 09:52
4 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Qaxda qəza baş verib. Hadisə rayonun Fıstıqlı kəndində meydana gəlib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, 36 yaşlı Xalid Mənəfov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Fıstıqlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı kanala aşıb. Xoşbəxtlikdən, hadisə zamanı Xalid Mənəfov xəsarət almayıb. O, dərhal aşan avtomobilin şüşəsini sındıraraq çölə çıxa bilib. Qəzalı avtomobil isə tüstüləməyə başladığından hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub və çıxa biləcək yanğının qarşısı alınıb. Qeyd edək ki, Xalid Mənəfov II qrup əlildir. Qəza zamanı o, avtomobildə tək olub.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.