Hadisə

Azərbaycanda ağır qəza, ölənlər və yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO

7 Oktyabr 2015 22:49
5 Şərh     Baxış: 4 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:49

Göygöldə baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün saat 21 radələrində Bakı-Qazax magistral yolun Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.
 
Göygöl rayon Hacıməlik qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəmşəddin Məmmədov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili yolun istiqamətlərini ayıran dəmir məhəccərə çırpıb. Qəza zamanı sürücü və sərnişin 1966-cı il təvəllüdlü Yaqut Məmmədova hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini FHN xilasediciləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.
 
Digər 3 sərnişin, 1966-cı il təvəllüdlü Kəmalə Əsgərova, sürücünün  qardaşı, Hacıməlik qəsəbə sakini, 1964-cü il təvəllüdlü Razəddin Məmmədov və Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Arzu Verdiyev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
 
Yaralılardan R. Məmmədovun vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə orta ağırdır. Məlumata görə avtomobildə olanlar toy şənliyindən qayıdırlarmış.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

----------

21:33

Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, "VAZ" markalı avtomobilin yolun kənarında dəmir məhəccərə çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

---------

21:27

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Hələlik onların kimliyi məlum deyil.

Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədi çıxarmaq üçün əraziyə FHN-in xilasetmə dəstəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

----------

22:49

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.