Hadisə

Təmizləmək üçün girdilər, su quyusunda boğuldular - VİDEO

6 Oktyabr 2015 18:35
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlıda iki nəfər su quyusunda havasızlıqdan boğulub. 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Köryədi kəndində qeydə alınıb. Kənd sakinləri - 35 yaşlı Elvin Niftəliyev və 32 yaşlı Rahim Adışov qonşularına məxsus 20 metrlik su quyusunu təmizləmək üçün ora düşüblər.

Aradan bir müddət keçdikdən sonra quyudan gələn səs-səmirin kəsildiyini görən qonşular Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə müraciət ediblər. Qurumun Cənub Regional Mərkəzinin xilasediciləri Elvin Rahimin cəsədlərini quyudan çıxararaq ailələrinə təhvil veriblər. İlkin ehtimala görə, hər iki şəxsin ölümünə hava çatışmazlığı səbəb olub. 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.