Hadisə

İki minik maşını toqquşdu - VİDEO

4 Oktyabr 2015 18:38
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şəki ərazisində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəza hadisəsi qeydə alınıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə 16:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 36-cı km-liyində, Şəkinin Böyük Dəhnə kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Şəkinin Çayqaraqoyunlu kənd sakini Məmmədov Şükür İsmayıl oğlu idarə etdiyi 55-BT-138 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən Şəkinin Böyük Dəhnə kənd sakini Əhmədov Yunus Mehman oğlunun idarə etdiyi 55-BG-685 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub. İlkin məlumatlara gör,ə qəza zamanı Əhmədov Yunus dönmə əməliyyatını düzgün yerinə yetirməyərək, qəfildən Məmmədov Şükürün idarə etdiyi avtomobili yandan vurub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.