Hadisə

Yol qəzasında sürücü, gəlini və azyaşlı nəvəsi yaralanıb

4 Sentyabr 2015 23:42
1 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 4-də axşam saatlarında Tovuz şəhərinin girişində qeydə alınıb.
 
Rayonun Cəlilli kənd sakini, 1959-cu il təvəllüdlü Mübariz Namazov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında beton səddə çırpılıb. Qəza zamanı sürücü, onun gəlini, 1993-cü il təvəllüdlü Mahirə Namazova və azyaşlı nəvəsi müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.