Hadisə

2 gənc göldə batıb

4 Sentyabr 2015 23:21
4 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 85 km aralı, nəzarətsiz ərazidə) 1995-ci il təvəllüdlü Zəkəriyayev Sadiq Kamran oğlu və 1995-ci il təvəllüdlü Əhmədov Röyal Etibar oğlu batıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. S.Zəkəriyayev və R.Əhmədovun cəsədləri batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:14-də başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.