Hadisə

Avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

4 Sentyabr 2015 22:57
0 Şərh     Baxış: 1 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:57

Lənkəranda minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sentyabrın 4-də saat 18.30 radələrində Lənkəran-Şahağac şose yolunun rayonun Siyavar kəndindən keçən hissəsində ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran şəhər sakini Rəfael Qurbanovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Mamusta kənd sakini, 1973-cü il təvəllüdlü Arzuman Rzayevi vurub. Sürücü dərhal müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı avtomobilinə qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Həkimlər səylərinə baxmayaraq A.Rzayev bir neçə saatdan sonra xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
 
Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.
 
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

--------

19:56

Lənkəranda minik avtomobili piyadanı vurub. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Şahağac şose yolunun rayonun Siyavar kəndindən keçən hissəsində qeydə alınıb.            

Lənkəran şəhər sakini Rafael Qurbanovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Mamusta kənd sakini Arzuman Rzayevi vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı öz avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.