Hadisə

Şəkidəki zəlzələ Bakını da silkələdi

4 Sentyabr 2015 11:20
22 Şərh     Baxış: 6 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəlzələ olan bölgədən aktiv qırılma keçir Şəkidə baş verən güclü zəlzələ Azərbaycanın çox böyük ərazisini əhatə edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədlinin lent.az-a verdiyi məlumata görə, 12 ballıq şkala üzrə episentrdə 7 bal gücündə olan zəlzələ Bakıya qədər bütün rayonlarda hiss olunub: "Bakının hündürmərtəbəli binalarında yaşayan əhali də zəlzələni hiss edib. Şamaxıda zəlzələ 4 bal gücündə hiss olunub". 

T.Məmmədli deyib ki, zəlzələ olan bölgədən aktiv qırılma keçir: "Zaqatala-Balakəndən Şamaxıya qədər uzanan dərinlik qırılmasının aktiv hissəsi Şəkidən keçir. 

Ona görə də həmin bölgədə zəlzələ olması ehtimalı həmişə yüksək olub. Amma bilavasitə Şəkinin özündə belə yüksək maqnitudalı zəlzələ olmamışdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.