Hadisə

Bakıda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO

2 Sentyabr 2015 22:50
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb.
 
Şirinov Kamal Asəf oğlunun oğlunun idarə etdiyi "Range Rover" markalı avtomobil Məmməd Araz küçəsindən Azadlıq prospektinə dönərkən qarşı yola çıxıb. Bu vaxt Azadlıq prospektindən Məmməd Araz küçəsinə dönən BMW markalı avtomobil  "Range Rover"ə çırpılıb. Qəza nəticəsində BMW-də olan üç nəfər - 24 yaşlı Mehman İbadov, 32 yaşlı Yaşar Babayev və 23 yaşlı Xəyalə Babayeva xəsarət alıblar. Yaralılan əraziyə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Qəzadan sonra Azadlıq prospektində və Məmməd Araz küçəsində nəqliyyat sıxlığı yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəzaya uğramış avtomobilləri təxliyə ediblər və nəqliyyatın normal hərəkəti tədricən bərpa edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.