Hadisə

Azərbaycanda zəncirvari qəzada 3 avtomobil yararsız vəziyyətə düşüb - FOTO

2 Sentyabr 2015 22:32
1 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 2-də, saat 19.30 radələrində Lənkəran-Boradigah şosesinin yolun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb.
 
Lənkəranın Cil kənd sakini, 1970-ci il təvəllüdlü Fövzü Bağırovun idarə etdiyi "Mersedes" markalı, 99 GE 858 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn rayonun Cil kənd sakini, 1981-ci il təvəllüdlü Farid Eyvazovun idarə etdiyi "VAZ-21011" markalı, 05 BD 735 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Daha sonra "Mersedes" markalı avtomobil yolun kənarında dayanmış Lənkəranın Şağlaser kənd sakini, 1975-ci il təvəllüdlü Yalçın Əliyevə məxsus "VAZ-2106" markalı, 15 BG 879 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb.
 
Xoşbəxtlikdən xəsarət alan olmasa da, güclü zərbə nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə baş verən ərazidə tıxac yaranıb. Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar. Onların müdaxiləsi ilə şose yolda mövcud olan gərginlik aradan qaldırılıb. Həmçinin qəza baş verən ərazi müayinə olunub.
 
Hadisənin baş vermə səbəbləri həyata keçirilmiş avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.