Hadisə

71 yaşlı qadın çardaqdan yıxılaraq öldü

2 Sentyabr 2015 20:03
2 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O tövlənin çardağına yumurta götürmək üçün çıxıbmış.

Şəkidə bədbəxt hadisə baş verib. 71 yaşlı qadın çardaqdan yıxılaraq ölüb.

Aşağı Göynük kənd sakinlərinin anspress-ə verdiyi məlumata görə, Aşağı Göynük kənd sakini, 1944-cü il təvəllüdlü Sürayə Mahmud qızı Səmədova çardaqda yumurtlayan toyuqlarının yumurtasını götürmək üçün yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağına çıxıb. Elə bu zaman çardağın döşəməsinə bərkidilmədən düzülmüş taxta ayağının altından çıxıb və nəticədə qadın tövlənin içinə yıxılaraq ağır bədən xəsarətləri alıb. 

Yaralını dərhal xəstəxanaya çatdırıb reanimasiya şöbəsinə yerləşdiriblər. 

Yıxıldığı zaman ağır kəllə-beyin travması alan 71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.