Hadisə

Qaçırdığı maşınla qəza törətdi, 2 nəfər öldü, 2 nəfər yaralandı

1 Sentyabr 2015 14:39
0 Şərh     Baxış: 1 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maştağa qəsəbəsində ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 1-də, saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi həmyerlisi Pərviz Hadıyevə məxsus "Priora" və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi "Man" markalı avtomobillə toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

P.Hadıyev 14-cü PB-yə ərizə ilə müraciət edərək "Priora" markalı avtomobilinin qaçırılmasını bildirib.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.