Hadisə

Avtobusun yolun ortasında kül olmasının səbəbkarı bilindi

31 Avqust 2015 10:03
3 Şərh     Baxış: 4 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobusun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, avqustun 29-da, saat 14:35 radələrində Olimpiya Stadiounun yaxınlığındakı magistral yolda "Transqeyt" şirkətinə məxsus 100 nömrəli marşrut avtobusunda yanğın baş verib.

Yanğına marşrut avtobusunun akkumulyatorunda yaranmış texniki nasazlıq səbəb olub. Yanğın başlamamış avtobusdakı 6 nəfər sərnişin dərhal evakuasiya edilib. Yanğın söndürülüb və xəsarət alan yoxdur. Baş vermiş hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri hadisə yerindədirlər və faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş hadisəyə görə "Transqeyt" şirkəti cavabdehlik daşıyır və araşdırmalardan sonra dərhal müvafiq cəza tədbirləri görüləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.