Hadisə

Azərbaycanda toyda ölüm

29 Avqust 2015 11:38
9 Şərh     Baxış: 11 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara sakini toyda ölüb. Report-un məlumatına görə, rayonun Şahağacı kəndinin sakini, 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun qəfildən halı pisləşib.

O, iştirak etdiyi toy məclisində dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, mərhumun ürəyində qüsur olub. 

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.