Hadisə

Azərbaycanda evə çağırılan təcili yardım stansiyasının həkimi döyülüb

28 Avqust 2015 20:22
20 Şərh     Baxış: 3 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində vəfat edən insanın qardaşı həkimə hücum edərək ona ağır bədən xəsarətləri yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü İlyasov Bilal İlyas oğlunun vəziyyəti ürək xəstəliyi ilə əlaqədar qəflətən pisləşdiyi üçün onun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib.
      
Mərhumun qardaşı Fəxrəddin İlyasov həkim Mikayıl Əliyevə hücum edərək xəstənin ölümündə onu günahlandırıb, həkimin baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. Həkim əsasən gözündən ağır xəsarət alıb.
 
Mərkəzi şəhər Xəstəxanasında tibbi yardım alan həkim hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.