Hadisə

Toydan sonra faciə: penitensiar xidmətin dörd əməkdaşı həlak oldu - VİDEO

27 Avqust 2015 11:11
19 Şərh     Baxış: 11 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4 nəfərin ölməsi ilə nəticələnən qəza 4 ailənin səhərini qara açdı

Hadisə Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza zamanı Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı "Sayfa" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil bir neçə dəfə yuvarlanaraq yol kənarındakı dərəyə aşıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər. İlkin məlumatlara görə qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəlirlər.

Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, qəza gecə saatlarında baş versə də, hadisədən ancaq səhər saat 8 radələrində xəbər tutulub.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırmalar aparılır. Nəzərinizə çatdıraq ki, qəza zamanı dünyasını dəyişən 4 nəfər Şəki penitensiar müəssisənin əməkdaşlarıdır. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.