Hadisə

Azərbaycanda 15 yaşlı qızın faciəsi - YENİLƏNİB

5 Avqust 2015 16:39
58 Şərh     Baxış: 10 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:39

Bərdə rayonunda 15 yaşlı qızın intihar hadisəsi araşdırılıb. Movqe.az-a bu barədə danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib ki, hadisənin intihar olmadığı üzə çıxıb:

"Bu barədə xəbər yayılan kimi dərhal məsələni Bərdə Rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirdik. İcra Hakimiyyətindən bizə dedilər ki, o qız ailəli olmayıb. Həyətdə yelləncəkdə yellənərkən ehtiyatsızlıq nəticəsində ip boynuna dolanaraq qızın boğulmasına səbəb olub. Amma bununla belə hələ ki fakt araşdırılır".

----------

11:11

Bərdə rayonunda intihar hadisəsi baş verib. "Report"un xəbərinə görə, Elçin Əsədov küçəsində rayon sakini, 2000-ci il təvəllüdlü Gülçin Əlizadə yaşadığı evin həyətində özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, G.Əlizadənin ailəsi rayonun qaraçı məhəlləsində yaşayıb. O, yenicə ailə qurubmuş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.