Hadisə

Bakıda avtobusla minik maşını toqquşdu, yaralılar var - FOTO

5 Avqust 2015 09:02
1 Şərh     Baxış: 1 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nobel prospektində 3 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, qəza zamanı "İsuzu" markalı 90 RB 233 dövlət nömrə nişanlı 57 saylı marşrut avtobusu və 10 LK 639 nömrəli  "Volkswagen Passat" toqquşub. Qəza nəticəsində "Passat"ın sürücüsü, 22 yaşlı Kənan Ağayev ağır,  sərnişinləri - 23 yaşlı Bayram Məmmədov və 23 yaşlı Leyla Məmmədova yüngül xəsarət alıblar.  Yaralılar  əraziyə çağırılan təcili yardım vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Xoşbəxtlikdən, avtobusda sərnişin olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. 
 
Qeyd edək ki, qəza Nobel prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsinə baş verib.
 
İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin işıqforun qırmızı işığında hərəkət edərək digərinin yoluna çıxması səbəb olub. Hadisəyə səbəb olmuş sürücü yaxınlıqdakı təhlükəsiz şəhər kamerası vasitəsi ilə müəyyən olunacaq.
 
Qəza yerinə evakuator çağırıldıqdan sonra hər iki maşın cərimə meydançasına aparılıb.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.