Hadisə

Dəhşətli qəza: 11 nəfərin olduğu "06" körpüdən aşdı - YENİLƏNİB - FOTO - VİDEO

31 İyul 2015 18:50
28 Şərh     Baxış: 7 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:50

Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

Gəncə Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.

Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:

Ölənlər şəxslər bunlardır:

Zöhrab Məmmədov (sürücü)
Maral İsmayılova
Hicran İsmayılova
Kafya İsmayılova
Məleykə Həsənova (azyaşlı)

Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar. 

Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir.

-----------

18:03

Azərbaycanın Samux rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "VAZ-2106" markalı, 51-BE-826 markalı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşıb.

Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, hazırda Gəncə çayının suyu quruyub.

----------

16:40

Gəncədən  İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib. 
Kəpəz TV (Region TV) xəbər verir ki, "VAZ 21 06"  markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni  itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.  

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir-neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər. Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.  

Milli.Az

Fotolar: APA, Kəpəz TV

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.