Hadisə

Minik avtomobili ilə yük maşını toqquşdu: yaralılar var

30 İyul 2015 15:23
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun 39-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 31 yaşlı Bakı şəhər sakini Mahir Zeynalovun idarə etdiyi 90 TH 578 dövlət nömrə nişanlı "Chevrolet Avea" markalı avtomobillə əks istiqamətdə olan 32 yaşlı Xaçmaz rayon, Nağıoba kənd sakini Pərviz Əlifxanovun idarə etdiyi 27 BM 093 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki avtobobildə olan sürücü və "Chevrolet Avea" markalı avtomobildə olan sərnişinlər  32 yaşlı Xaçmaz rayon sakini Ceyhun Teyyubov, 24 yaşlı Bakı şəhər sakini Aytən Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.