Hadisə

Polşalı turistlər Azərbaycanda qəzaya düşdülər

29 İyul 2015 14:18
0 Şərh     Baxış: 1 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanal S /Region TV xəbər verir ki, Şəkinin Qırxbulaq kəndi ərazisində yol qəza hadisəsi baş verib.

1957-ci il təvəllüdlü, Bakı şəhər sakini Qarayeva Hicran Ələsgər qızı idarə etdiyi "Toyota" markalı avtomaşınla Şəki istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn polşalı turistlərin motosiklet karvanı ilə toqquşub. Qəza nəticəsində turistlərdən biri - Yeva Petrovska ağır, digər turist Pyotr Muraski isə yüngül bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan Yeva Petrovskanın vəziyyəti ağır qiymətləndirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.