Hadisə

Azərbaycan nömrəli avtobus Gürcüstanda qəzaya düşdü: 3 ölü, 7 yaralı

29 İyul 2015 09:01
0 Şərh     Baxış: 2 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Xaşur rayonunda ağır yol qəzası baş verib.

APA-nın "newsgeorgia.ge" saytına istinadən verdiyi məlumata görə, sərnişin avtobusunun  mikroavtobusla toqquşması nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
 
Avtobusun Azərbaycan dövlət nömrə nişanlı olduğu bildirilir.
 
Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə  məlumat verilmir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.