Hadisə

Rusiya son bir ayda 5-ci hərbi təyyarəsini itirib

6 İyul 2015 18:57
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Xabarovsk diyarı ərazisində "Su-24" bombardmançı təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Komsomolsk-Amurdan 17 km cənubda yerləşən Xurba aerodromu yaxınlığında baş verib. Hərbi təyyarə havaya qalxdıqdan az sonra yaşayış olmayan yerə düşüb. Hadisə nəticəsində hər iki pilot ölüb. 

Hadisədən sonra Hərbi Hava Qüvvələrinin komandanlığı Xabarovsk diyarında "Su-24"lərin uçuşunu dayandırıb. 

Maraqlıdır ki, bu, son bir ayda Rusiya qəzaya uğrayan 5-ci hərbi təyyarədir. İyunun 4-də Həştərxan yaxınlığında "Miq-29", Voronej yaxınlığında "Su-34", dörd gün sonra Amur vilayətində "Tu-95", iyulun 3-də isə Krasnodar diyarında "Miq-29" təyyarəsi qəzaya uğrayıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.