Hadisə

Bakıda yenə bahalı maşınları yandırdılar - VİDEO - FOTO

6 İyul 2015 13:59
9 Şərh     Baxış: 3 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar Qaraçuxur qəsəbəsində maşınların yandırılması halları müşahidə olunurdu. Ən son ötən ayın əvvəlində belə hadisə baş vermişdi.

Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayıldıqdan sonra ötən ay - iyunun 10-da bir nəfər həbs edildi. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanıldı. Onun kriminal aləmlə yaxın əlaqələri olduğu və "Dəli Səfər" ləqəbi ilə tanındığı deyilirdi.

"Dəli Səfər"in həbsindən sonra yanğın xəbərləri dayandı. Lakin iyulun 4-ü axşam saatlarında Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Milli.Az xəbər verir ki, bu barədə musavat.com-a qəsəbə sakinləri məlumat veriblər. Hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb. 

Bu əməli törədən şəxs və ya şəxslərin lüks maşınları seçməsi diqqət çəkir. Sonuncu dəfə yandırılan maşınlar arasında "Toyota", BMW, Mercedes, Ford markalı lüks maşınlar var.
Hadisə şahidləri deyirlər ki, yanğınla bağlı bir nəfər həbs olunduqdan sonra sakinlər həyətdə maşın saxlamağa başlamışdılar. Lakin yenidən maşınlar yandırılmağa başlandı. Sakinlər təşviş içindədirlər. Hamı həyətində maşın saxlamağa qorxur.

Onu da qeyd edək ki, sakinlər yanğınlar başladığı vaxtdan etibarən Post Patrul Xidmətinin əməkdaşlarının və mülki geyimli polislərin qəsəbədə növbə çəkdiyini deyirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.