Hadisə

Qaradağda üç yük maşını toqquşub, ağır yaralılar var - YENİLƏNİB - FOTO

6 İyul 2015 12:09
0 Şərh     Baxış: 2 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:09

Anspress-in verdiyi məlumata görə, Ələt-Astara magistral yolunda ötmə əməliyyatını düzgün yerinə yetirməyən ağır tonnajlı yük maşını qarşıdan gələn iki "KamAZ"la toqquşub.

Qəza nəticəsində "KamAZ" sürücüsü Şıxaliyev Namiq Asif oğlunun qabırğası sınıb. Digər yük maşınında olan sürücü isə yüngül xəsarət alıb. Hadisə baş verən yolda uzun müddət tıxac yaranıb. 

-----------

09:38

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Ümid qəsəbəsinin ərazisində qeydə alınıb.
 
İki "KamAZ" və bir "Mercedes" markalı yük avtomobilləri toqquşub.
 
Nəticədə hər üç avtomaşının sürücüsü ağır xəsarətlər alıb.
 
Toqquşma nəticəsində yük maşınlarından birinin yanacağı yola dağıldığından əraziyə FHN-in yanğınsöndürənləri də cağırılıb.
 
Nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
 
Hər üç avtomaşın yol kənarına çəkildikdən sonra nəqliyyatın hərəkəti normallaşıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.