Hadisə

Masallı sakini batdı - YENİLƏNİB

5 İyul 2015 22:15
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:15

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Masallı rayonu, Sığdaş kəndində 1 nəfər 1992-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Xəlil oğlu göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 45 km aralı, nəzarətsiz ərazidə) çimərkən batıb.

Z.Qurbanovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:45-də başa çatıb.

---------

19:26

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Masallı rayonu, Sığdaş kədində 1 nəfər göldə çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarış xilasetmə işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.