Hadisə

Minik maşını 33 yaşlı velosipedçini öldürdü

3 İyul 2015 23:14
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdabda minik maşını velosipedçini vurub.

Rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Zərdab şəhərində baş verib.
 
Ağcabədi rayon sakini 1975-ci il təvəllüdlü Piriyev Rövşən Yaqub oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə velosipedçi, rayonun Qoşaoba kənd sakini 1982-ci il təvəllüdlü Qasımov Tahir Vaqif oğlunu vurub. Nəticədə T. Qasımov aldığı müxtəlif ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
 
Hadisənin baş vermə səbəbi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.