Hadisə

Bakıda 100 minlik maşın qəza törətdi - FOTO

28 May 2015 18:05
0 Şərh     Baxış: 4 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda lüks avtomobil qəza törədib

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsindən Xarici Dairəvi yol istiqamətində gedən hissədə baş verib. 

Qəza zamanı "Mercedes GL 550" markalı avtomobillə "Mercedes E 240" markalı digər nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza "Mercedes GL 550" markalı maşının sol qabaq təkərində yaranan nasazlıq səbəbindən baş verib. Bu səbəbdən qəfil idarəetməni itirən sürücü qarşı yola çıxıb və digər avtomobillə toqquşub. Daha sonra isə "Mercedes GL 550"in sürücüsü avtomobili yol kənarındakı səkilərə çırpıb. 

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.