Hadisə

Sabirabadda traktor aşıb, sürücü ölüb - FOTO

25 May 2015 21:24
1 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda ot daşıyan traktorun aşması nəticəsində sürücü ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19.00 radələrində Sabirabad rayonunun  Dadaşbəyli kəndində baş verib. 
Həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Qasımov Eynulla Mürşüd oğlu idarə etdiyi "Belarus" markalı traktoru su kanalına aşırıb. Bu zaman otla yüklü olan traktordan tullanan sürücü aşan traktorun altında qalıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.