Hadisə

Bakıda dəhşətli yanğın: üç maşın kül oldu - VİDEO

25 May 2015 16:44
3 Şərh     Baxış: 3 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda dəhşətli yanğın baş verib

Milli.Az xəbər verir ki, ötən gecə Bakının Nəsimi rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Yanğın "İrşad" oteli ilə üzbəüz məhəllədə baş verib. 

Şahidləri bildirirlər ki, yanğın zamanı üç maşın külə dönüb. Hadisə yerinə yanğınsöndürənlər çağırılsa da, onlar məhəlləyə girə bilməyiblər. 

Belə ki, maşınlar bir istiqamətdə yeni tikilmiş bina, digər tərəfdə isə arkaya bəzədilmiş yeni üzlüklərin olması səbəbindən küçəyə girə bilməyiblər. Sakinlər əllərində vedrə və digər qablarla su daşıyıb maşınları söndürmək istəsələr də, buna nail ola bilməyiblər. 

Yanğından olan həvəskar görüntünü təqdim edirik.

Ceyhun Ələkbərov

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.