Hadisə

Torpaq sürüşdü, iki ev dağıldı - YENİLƏNİB - VİDEO

22 May 2015 18:14
0 Şərh     Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:04

İsmayıllının Xankəndi ərazisində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində iki ev tamamilə dağılaraq yararsız vəziyyətə düşüb. Sürüşmə nəticəsində digər 14 evə ciddi ziyan dəyib. Bu evlər yaşayış üçün təhlükəli hesab edilir. Milli.Az Kanal S-ə istinadən xəbər  verir ki, mənzillərin sakinləri hələlik yaxınlarının evində məskunlaşdırılıblar.

11 min 81 nəfər əhalisi olan kənddə sürüşmə mayın 19-u gecə saatlarından başlayıb. 22 mayda sürüşmə xeyli aktivləşib. Rayon rəhbərliyi, eləcə də Qızılaypara Cəmiyyətinin əməkdaşları hadisə yerində olublar. Qəzalı vəziyyətə düşən evlərin sakinlərinin müvəqqəti olaraq çadırlarda məskunlaşdırılması nəzərdə tutulub. 84 yaşayış evinin olduğu kənddə indiki saatlarda da sürüşmə aktivliyini saxlayır. 

Milli.Az

---------

18:14

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Video: Region TV

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.