Hadisə

Sumqayıt sakini 9 mismar udub

2 May 2015 17:12
0 Şərh     Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt şəhər sakini intihar etmək məqsədilə 9 ədəd mismar udub.

"Report"un məlumatına görə, 31 yaşlı Həsənov Murad Fazil oğlu hadisədən sonra ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyat olunan M.Həsənovun mədəsindəki mismarlar çıxarılıb.

Qeyd edək ki, M.Həsənov psixoloji problemləri olan şəxs kimi qeydiyyatdadır. O, dəfələrlə intihar etmək məqsədi ilə həyatına qəsd edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.