Hadisə

Bakıda yanğından qurtulmaq istəyən gənc qanitirmədən öldü - YENİLƏNİB - FOTO

28 Aprel 2015 10:27
1 Şərh     Baxış: 3 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
08:48

Ötən gecə Bakının Şәrifzadә küçәsindә yanğın olubb.
 
APA xәbәr verir ki, hüquq xidmәti ofisi vә market yerlәşәn tikili yanıb.
 
Bir qədər sonra yanğın söndürülüb. FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlәrә bildirib ki, çayxana 55, hüquq mәslәhәtxanası 155 kv.m. sahәdә yanıb. Yaxınlıqdakı market yanğından mühafizә olunub.
 
Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc isə ölüb

Yanğın başladıqda çayxananın işçisi, 22 yaşlı Xanbabayev Şöhrət Әlövsət oğlu və digər bir nəfər içəridə olub.
 
Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini sındıraraq bayıra çıxmaq istəyib. Bu zaman şüşə qırıqları onun ayaq damarlarını kәsib. Təcili tibbi yardım maşını ilә xəstəxanaya aparılan Şöhrət Xanbabayev qanitirmədən yolda dünyasını dəyişib.
 
Hadisə nəticəsində bir nəfər isə tüstüdən zəhərlənib.
 
Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
 
Məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 310 kv.m olan 2-mərtəbəli mansard  tipli su satış  məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan  avtomobil yuma sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb. Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Böyütmək üçün şəkillərə klikləyin.

---------
10:27



--------
08:48


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.