Hadisə

Sumqayıtda maşın bacı-qardaşı vuraraq öldürdü

27 Aprel 2015 13:37
2 Şərh     Baxış: 2 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda maşın bacı-qardaşı vuraraq öldürüb

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 25-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Xaqani Cəfərov və onun bacısı Arifə vurulublar. Nəticədə piyadalar hadisə yerində ölüblər.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "BMW" markalı avtomobilin sürücüsü İlqar Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.